Sürətli axtarış

  • Bütov
  • Kirayə
  • Satış

Haqqımızda

Şirkət 1999-cu ildə Bakıda təsis edilmiş və 2002-ci ilədək onun əsas fəaliyyət sahəsi mənzillərin, evlərin, ofislərin, mağazaların və s. daşınmaz əmlakın kirayə verilməsi olmuşdur. Bizim daimi artan ev və mənzillər bazamız hətta ən tələbkar müştəriləri belə razı salmaq iqtidarındadır. Eyni zamanda, biz ticari daşınmaz əmlakın kirayəsini də yaddan çıxarmır və onun müasir dünyada sürətlə inkişaf edən bazar sektoru olduğunu anlayırıq. Bu sahədə ofis yerlərinin kirayəsi xüsusilə geniş yayılmışdır. Şirkətimiz müştərilərin dəyişkən tələblərinə və bazarın müasir şərtlərinə cavab verməyə çalışır. Bizim komandada öz işinin peşəkarları, daşınmaz əmlak sahəsindəki mütəxəssislər fəaliyyət göstərir. Hal-hazırki zamanda T&M Global MMC Azərbaycan daşınmaz əmlak bazarının etibarlı və stabil iştirakçılarından hesab olunur.

T&M Global MMC təkcə Bakı və onun ətrafında deyil, Azərbaycanın müxtəlif regionlarındakı əmlak bazarında da fəal fəaliyyət göstərməkdədir. Biz kirayə götürənlərlə yanaşı, eyni zamanda, kirayə verənlərin də maraqlarını təmsil edirik. Şirkətimiz kirayə ilə əlaqədar sənədlərin hazırlanmasında, vergilərin müasir qaydada köçürülməsində, kommunal xidmətlərin xərclərinin müasir şəkildə ödənilməsində, inventarizasiyada və s. öz köməyini təklif edir.

Xidmətlər

KİRAYƏ

T&M Global MMC təkcə Bakı və onun ətrafında deyil, Azərbaycanın müxtəlif regionlarındakı əmlak bazarında da fəal fəaliyyət göstərməkdədir. Biz kirayə götürənlərlə yanaşı, eyni zamanda, kirayə verənlərin də maraqlarını təmsil edirik. Şirkətimiz kirayə ilə əlaqədar sənədlərin hazırlanmasında, vergilərin müasir qaydada köçürülməsində, kommunal xidmətlərin xərclərinin müasir şəkildə ödənilməsində, inventarizasiyada və s. öz köməyini təklif edir.
Bizim şirkətin inkişaf konsepsiyası onun fəaliyyətinin prioritetlərini müəyyənləşdirir.  Biz öz işimizi sevirik və onu yüksək səviyyədə yerinə yetiririk.

TƏMİZLİK

Mənzillərin, evlərin, ofislərin və s. peşəkar təmizlənməsi sahəsində biz şübhəsiz uğurlar əldə etmişik. Bu nəticə təkcə əməkdaşlarımızın yüksək peşəkarlığı sayəsində deyil, həmçinin nəm və quru təmizləməni təmin edən ekoloji təmiz yuyucu vasitələr və avadanlıqlar hesabına əldə edilmişdir. Bizim müştərilərin biznes işlərinin və onların əməkdaşlarının fəaliyyətinin nizamı və səliqəsi çox hallarda onların işlədiyi yerin təmizlik və səliqə-səhmanından asılıdır.
Zamanla bazarın tələbləri bizi təmizlik xidmətlərini mənzillərə də şamil etməyə vadar etdi. Mənzillərin, evlərin, ofislərin və s. peşəkar klininq şirkəti tərəfindən təmizlənməsi tamamilə başqa keyfiyyətli təmizlik və gigiyenaya zamanət verir.

TEXNİKİ QULLUĞU

Şirkətimiz, eyni zamanda, mənzil və ofislərin texniki qulluğu xidmətini də göstərməyə başlamışdır. Bu xidmətlərə sanitariya texnikasının təmiri, məişət texnikasının qoşulması və təmiri, elektrik quraşdırma işləri, mebelin yerinin dəyişdirilməsi və təmiri və evdəki müxtəlif təmir işləri aiddir. Tərəfimizdən təqdim olunan usta bütün lazımi alətləri, həmçinin tez və keyfiyyətli işə zəmanət verən bütün bilik və bacarıqlarını özü ilə gətirəcək. Bizim mütəxəssislər görülən işin bütün mərhələlərini ciddi nəzarət altında saxlayırlar. Müştərilərimizin iri şirkət və ya fiziki şəxs olmasından asılı olmayaraq, onlar həmişə yüksək keyfiyyətli xidmətlərin tam kompleksi ilə vaxtında təmin olunacaqlar.

SON TƏKLİFLƏR

2000
OBYEKT SAYI
15
PEŞAKAR AQENTLƏR
535
UĞURLU ƏMƏLİYYATLAR
720
XOŞBƏXT MÜŞTƏRİLƏR

KATEQORİYALAR

Villa-image
Villa
2 properties
Mənzil-image
Mənzil
98 properties
Ofis-image
Ofis
0 properties
Digər sahələr-image
Digər sahələr
0 properties

BİZİM MÜŞTƏRİLƏR

Logo Image
Logo Image
Logo Image
Logo Image
Logo Image
Logo Image
Logo Image
Logo Image
Logo Image
Logo Image
Logo Image
Logo Image