T&M Global dinamik inkişaf edən şirkət kimi Azərbaycanın daşınmaz əmlak bazarında uğurla fəaliyyət göstərməkdədir.
Şirkət 1999-cu ildə Bakıda təsis edilmiş və 2002-ci ilədək onun əsas fəaliyyət sahəsi mənzillərin, evlərin, ofislərin, mağazaların və s. daşınmaz əmlakın kirayə verilməsi olmuşdur. Bizim daimi artan ev və mənzillər bazamız hətta ən tələbkar müştəriləri belə razı salmaq iqtidarındadır. Eyni zamanda, biz ticari daşınmaz əmlakın kirayəsini də yaddan çıxarmır və onun müasir dünyada sürətlə inkişaf edən bazar sektoru olduğunu anlayırıq. Bu sahədə ofis yerlərinin kirayəsi xüsusilə geniş yayılmışdır. Şirkətimiz müştərilərin dəyişkən tələblərinə və bazarın müasir şərtlərinə cavab verməyə çalışır. Bizim komandada öz işinin peşəkarları, daşınmaz əmlak sahəsindəki mütəxəssislər fəaliyyət göstərir. Hal-hazırki zamanda T&M Global MMC Azərbaycan daşınmaz əmlak bazarının etibarlı və stabil iştirakçılarından hesab olunur.
T&M Global MMC təkcə Bakı və onun ətrafında deyil, Azərbaycanın müxtəlif regionlarındakı əmlak bazarında da fəal fəaliyyət göstərməkdədir. Biz kirayə götürənlərlə yanaşı, eyni zamanda, kirayə verənlərin də maraqlarını təmsil edirik. Şirkətimiz kirayə ilə əlaqədar sənədlərin hazırlanmasında, vergilərin müasir qaydada köçürülməsində, kommunal xidmətlərin xərclərinin müasir şəkildə ödənilməsində, inventarizasiyada və s. öz köməyini təklif edir.
Bizim şirkətin inkişaf konsepsiyası onun fəaliyyətinin prioritetlərini müəyyənləşdirir. Prioritetlərdən biri rielter xidmətlərinin yüksək keyfiyyət standartlarının müəyyənləşdirilməsi və tətbiqini əhatə edir. Bizi digərlərindən fərqləndirən əsas cəhət işə peşəkar və sistemli yanaşma, biznesin idarə olunmasının müasir metodlarından işin aparılmasında istifadə, xidmətlərimizin keyfiyyətinin daim nəzarətdə saxlanılmasıdır. Biz öz işimizi sevirik və onu yüksək səviyyədə yerinə yetiririk.
Vaxta, enerjiyə və pula qoyulan investisiya T&M Global şirkətinə əlverişli qiymətlərlə yüksək səviyyəli xidmət göstərmək imkanı verir. Şirkət bütün müştərilər üçün təhlükəsizlik siyasətinə inanır və bütün fəaliyyət sahələrində ən təhlükəsiz və mütərəqqi təcrübəni irəli sürür.
Fəaliyyətimizin əsas istiqamətinin yaşayış və kommersiya xarakterli daşınmaz əmlakın kirayəsi olmasına baxmayaraq, biz digər fəaliyyət sahələrinin inkişafına da diqqət yetiririk. Daşınmaz əmlak sahəsində apardığımız işə tərəfimizdən olan peşəkar münasibət müştərilərin də diqqətindən yayınmamışdır. Məhz bu səbəbdən onlar şirkətimiz tərəfindən təqdim olunan əmlakın təmizlik xidmətlərinin də bizə həvalə olunmasında maraqlı idilər. Buna görə də, 2002-ci ildən T&M Global şirkəti müştərilərə təmizləmə xidmətlərini də təklif etməyə başlamışdır.
Mənzillərin, evlərin, ofislərin və s. peşəkar təmizlənməsi sahəsində biz şübhəsiz uğurlar əldə etmişik. Bu nəticə təkcə əməkdaşlarımızın yüksək peşəkarlığı sayəsində deyil, həmçinin nəm və quru təmizləməni təmin edən ekoloji təmiz yuyucu vasitələr və avadanlıqlar hesabına əldə edilmişdir. Bizim müştərilərin biznes işlərinin və onların əməkdaşlarının fəaliyyətinin nizamı və səliqəsi çox hallarda onların işlədiyi yerin təmizlik və səliqə-səhmanından asılıdır.
Zamanla bazarın tələbləri bizi təmizlik xidmətlərini mənzillərə də şamil etməyə vadar etdi. Hal-hazırda mənzillərin təmizlənməsi tam bir elm sahəsinə çevrilmişdir. O, bizim mənzillərdə rast gəlinən müxtəlif bahalı səthlərin qulluğu qaydalarını, eləcə də, müasir məişət texnikası ilə işi özündə birləşdirir. Mənzillərin, evlərin, ofislərin və s. peşəkar klininq şirkəti tərəfindən təmizlənməsi tamamilə başqa keyfiyyətli təmizlik və gigiyenaya zamanət verir.
Hal-hazırda memarlar tərəfindən tez-tez ən müasir stilli möhtəşəm binalar layihələşdirilir. Bu tip memarlıq əsərlərinin şüşə və fasadlarının təmizlənməsi və qulluğu müəyyən çətinliklər yaratdığından qarşıya çıxan problemin həllində bizim şirkətimizin istifadə etdiyi PURAQLEEN ® sistemi ideal vasitədir.
Bu sistemin binaların fasadlarının, bağlı piyadə yeraltı keçidlərin və körpülərin, ictimai nəqliyyat vasitələrinin dayanacaqlarının, avtomobil yolları və dəmiryolları boyunca olan qoruyucu ekranların, reklam lövhələrinin təmizlənməsində istifadəsi iş qabiliyyətini yüksəltməyə və bahalı qaldırıcı avadanlıqdan (avtomobil vışkaları, qaldırıcılar və s.) və sənaye alpinistlərinin xidmətlərindən istifadədən imtina etmək (daha təhlükəsizdir) hesabına təmizliyə xərclənən vəsaitin azaldılmasını təmin edir.
Şirkətimiz, eyni zamanda, mənzil və ofislərin texniki qulluğu xidmətini də göstərməyə başlamışdır. Bu xidmətlərə sanitariya texnikasının təmiri, məişət texnikasının qoşulması və təmiri, elektrik quraşdırma işləri, mebelin yerinin dəyişdirilməsi və təmiri və evdəki müxtəlif təmir işləri aiddir. Tərəfimizdən təqdim olunan usta bütün lazımi alətləri, həmçinin tez və keyfiyyətli işə zəmanət verən bütün bilik və bacarıqlarını özü ilə gətirəcək. Bizim mütəxəssislər görülən işin bütün mərhələlərini ciddi nəzarət altında saxlayırlar. Müştərilərimizin iri şirkət və ya fiziki şəxs olmasından asılı olmayaraq, onlar həmişə yüksək keyfiyyətli xidmətlərin tam kompleksi ilə vaxtında təmin olunacaqlar.